MARAQLI

Menisk yırtıqlarına ağır işlə məşğul olanlarda daha çox rast gəlinir

Sharing is caring!


“Menisk yırtıqlarına ağır işlə məşğul olanlarda daha çox rast gəlinir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib.

Həkim qeyd edib ki, menisk yırtıqlarının növlərinə görə əlamətləri də fərdi və ideal xarakter daşıyır:

“Yüngül və ağır formada özünü göstərir. Yüngül dərəcədə olanda diz oynağında şişkinlik və ağrı müşahidə olunur. Ağır dərəcədə isə kilidlənmə olur. Risk qrupu daha çox idmanla məşğul olanlardır”.

M.Bağırlının sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının protokoluna əsasən, bu cür xəstələrə çox gəzmək olmaz:

“Çox gəzmək, ayaq üstündə qalmaq, ağır fiziki işlər tövsiyə edilmir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir