Manşetüstü

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Yenilik kəndində səyyar qəbul keçirib – FOTOLAR

Sharing is caring!

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Yenilik kəndində səyyar qəbul keçirib.


Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, içməli su, internet, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, kənd daxili yolların təmiri, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımı verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir