Mədəniyyət

Milli Xalça Festivalının ikinci günü keçirilib – FOTO/VİDEO

Sharing is caring!




Bu gün Milli Xalça Festivalının ikinci günüdür.

Oxu.Az xəbər verir ki, Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilib.

Ötən gündən başlayan festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər həyata keçirilib.

Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilib.

Sakinlər festivalda iştirak edib, milli ornamentlərimizlə tanış olublar.

Şəhər sakinlərinin festivala göstərdiyi maraq Azərbaycanda ənənəvi incəsənətə olan marağın göstəricisidir.

Paytaxt sakinlərimizlə yanaşı turistlər də Azərbaycanın qədim sənət nümunələri ilə yaxından tanış olublar. Böyükdən kiçiyə hər kəs xüsusi maraq göstərib.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir