Mədəniyyət

Türkiyəli məşhurun toyu Bakıda olacaq

Sharing is caring!


Türkiyəli müğənni-aktrisa Öykü Gürman nişanlısı, biznesmen Fatih İçmeli ilə nikah masasına oturmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, cütlük toyunu Azərbaycanda etmək qərarına gəlib. Bu haqda türk mediası xəbər yayıb. 

Bildirilib ki, Öykü və Fatih bir gün sonra Bakıda toy edəcəklər.

Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi etmişdi. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə nişanlanmışdılar. Onlar bir neçə dəfə toy etmək istəsələr də, mərasim Öykünün konsert proqramları ilə əlaqədar olaraq təxirə düşüb. Sonuncu dəfə isə cütlük sentyabrda toy etməyi planlaşdırırdı. Aktrisanın evinin olduğu Çanakkale şəhərində yanğın çıxdığı üçün məclis təxirə salınmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir