Kriminal

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan “Ekstrasens Hikmət”ə həbs cəzası verildi

Sharing is caring!




Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci (dələduzluq, hədə-qorxu ilə tələbetmə) maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 5 il 6 ay həbs cəzası verilib.

Qeyd edilib ki, M.Nemətullayevin cinayətinin üstü xanım müştərisinə hədə-qorxu gəldikdən sonra açılıb.

İttihamda göstərilib ki, “Instagram”da “Baxıcı ekstrasens Hikmət” adı ilə fəaliyyət göstərmiş təqsirləndirilən şəxs falçı xidməti üçün müraciət edən Mədinə Məmmədovanı (şərti) aldadıb. O, müştərilərinə özünü “Hikmət” adı ilə təqdim edib və əsl kimliyini gizlədib.

Mədinə ailəsində yaranmış problemin həll olunması, evindəki caduların təmizlənməsi, qardaşının ondan ayrılmaq üzrə olan həyat yoldaşının evə qayıtması və övladını abort etdirməməsi, anasının ölümcül xəstəliyə qalib gəlməsi və qardaşının əsəblərinin hər zaman sakit olması üçün Mətləbə ümumilikdə 7 790 manat pul verib.

Təqsirləndirilən şəxs söz verib ki, zərərçəkmişin qeyd etdiyi bütün problemləri aradan qaldıracaq. Lakin bir müddət sonra müttəhimlə zərərçəkmişin arası pozulub. Mətləb cadugər kimi göstərdiyi xidmətə görə Mədinədən daha 2 400 manat miqdarında pul tələb edib.

Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdikdə isə Mətləb onu özü və yaxın qohumları barədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Bundan əlavə, qisas almaq niyyəti ilə zərərçəkmişin qardaşının və onun qayınanasının şəkillərini sosial şəbəkəyə yerləşdirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir