Kriminal

Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən beş sürücü saxlanılıb – FOTO

Sharing is caring!




Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilini narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri A.Rzazadə, X.Bağırlı, H.Həsənzadə, S.Şükürov və X.Əkbərov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tibbi müayinə zamanı onların heroin və marixuana istifadə etdikləri məlum olub.

Nəqliyyat vasitələrinə baxış zamanı orada müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana da aşkarlanıb. 

Toplanmış materiallar məhkəməyə göndərilib, faktlarla bağlı araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir