Kriminal

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb – FOTO

Sharing is caring!




Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Xəzər” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi veriblər.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, sürücü F.Nadirov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 22 sürücü barəsində inzibati protokol tərtib edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir