Kriminal

Beyləqanda yeddi min manatlıq heyvan oğurlayan şəxs saxlanılıb – FOTO

Sharing is caring!




Beyləqanda iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil olub.

Keçirilən tədbirlərlə oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev saxlanılıb. Onun zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini kanal kənarından tapdığı “RPQ” markalı qumbaraatanı polisə təhvil verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir