Kriminal

Bakıda narkotik çəkib qadınla dalaşan sürücü həbs edildi

Sharing is caring!


Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında münaqişə yaşanıb.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. Taksi şirkətlərindən birinin sürücüsü olan Ş.Z. narkotikin təsirində avtomobili idarə edib. Bu zaman götürdüyü qadın sərnişinlə arasında mübahisə yaranıb və o, həmin müştəri ilə dalaşıb.

Qadın hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sürücü Ş.Z. barəsində 15 sutkalıq inzibati həbs qərarı verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir