Kriminal

Bakıda narkotikin təsiri altında avtomobil sürən şəxs həbs olunub

Sharing is caring!


Bakıda narkotikin təsiri altında avtomobil sürən şəxs həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Sabunçu rayonun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Nicat Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobildə işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılıb.

Sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.

Sabunçu rayon məhkəməsinin qərarı ilə N.Həsənov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir