Kriminal

Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanılıb – FOTO/VİDEO

Sharing is caring!


Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəyəm qəsəbəsindəki fərdi yaşayış evlərindən və fermadan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalarla rayon sakini Qoşqar Hüseynovun cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki fermadan 10 baş xırdabuynuzlu heyvan, fərdi yaşayış evlərindən elektriklə məişət və inşaat avadanlıqları, naqil, geyim dəsti və digər əşyaları oğurlayaraq satması məlum olub. Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbiri nəticəsində Q.Hüseynovun yaşadığı evdən bir ədəd müvafiq sənədləri olmayan tüfəng və bir ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir