İqtisadiyyat

Vüqar Bayramov: “ISESCO Azərbaycanda kosmos sahəsində investisiya layihəsini həyata keçirəcək”

Sharing is caring!


“Azərkosmos”la islam dünyasının elm, təhsil və mədəniyyət təşkilatları arasında birgə bəyanat sənədi imzalanıb. Bu sənədə əsasən, “Azərkosmos” və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ölkəmizdə ilk olaraq kosmos sahəsində investisiya layihəsinin həyata keçirəcəklər”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azərkosmos”un beynəlxalq münasibətlər üzrə müşaviri Vüqar Bayramov deyib.

O bildirib ki, layihə kosmos sahəsi ilə yanaşı, iqtisadiyyatın digər sferalarını da əhatə edəcək:

“Buraya innovasiyaların tətbiq olunacağı turizm, kənd təsərrüfatı, ekologiya sahələri də aiddir. Əsas məqsəd ekosistemin inkişafı, kosmik peyk xidmətlərini, peyk texnologiyalarını əlçatan etməkdir. Həmçinin, elmi cəmiyyətlərdə birgə fəaliyyət göstərmək və bunun müqabilində də yeni innovativ layihələri ortaya çıxarmaqdır”.

V.Bayramov qeyd edib ki, əsasən, peyk texnologiyaları vasitəsilə datalar analiz edilərək müxtəlif sahələrdə innovasiyaların inkişafına nail olunacaq.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir