İqtisadiyyat

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub – FOTO

Sharing is caring!


İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) İstanbul Regional ofisinin Dayanıqlı maliyyə təsiri üzrə meneceri xanım Luciana Aquiar və BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyrosla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanın BMT və onun qurumları ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb, Dayanıqlı İnkişaf Məqsədlərinin icra vəziyyəti, Azərbaycan iqtisadiyyatı, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülmüş işlərlə bağlı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi hazırlanıb və beynəlxalq ictimaiyyətə təqdim edilib. 18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.

Görüşdə DİM-lərin maliyyələşdirilməsi və bu istiqamətdə qarşıda duran hədəflərə dair fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir