İqtisadiyyat

Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırdı

Sharing is caring!

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanın ümumi daxili məhsul istehsalının (ÜDM) 3,7% artacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə IMF-nin “Dünya İqtisadi Görünüşü” hesabatının oktyabr sayında bildirilib.

Sənədə əsasən, bu, qurumun aprel ayı proqnozu ilə müqayisədə 0,9 faiz bəndi çoxdur.

IMF gələn il Azərbaycan iqtisadiyyatının 2,5% böyüyəcəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,1 faiz bəndi azdır. Valyuta Fondu ÜDM artımını 2027-ci ildə 2,5% səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, ölkə iqtisadiyyatı 2021-ci ildə 5,6% artıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir