İdman

35 yaşlı Fabreqas İtaliya klubuna keçir

Sharing is caring!

İspaniyalı yarımmüdafiəçi Sesk Fabreqas futbol üzrə İtaliyanın ikinci divizionunda çıxış edəcək.

İddiaya görə, 35 yaşlı futbolçu “Komo” klubu ilə iki illik müqavilə imzalayacaq.

İspan futbolçu bir neçə təklif alıb, lakin “Çelsi”nin keçmiş kapitanı və hazırda “Komo” klubunun idman direktoru Dennis Uayz Fabreqası məhz B seriyasında çıxış etməyə razı sala bilib.

Məlumat üçün qeyd edək ki, 35 yaşlı futbolçu sonuncu klubu “Monako”dan azad agent kimi ayrılıb.

Hətta futbolçu bu yay karyerasını başa vuracağını da açıqlamışdı.

Mənbə: Gianlucadimarzio.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir