İdman

Çempionlar Liqası və Avropa Liqasında komandalar səbətlərə bölündü

Dekabrın 14-də UEFA Çempionlar Liqası və Avropa Liqasında müvafiq olaraq 1/8 və 1/16 final mərhələsinin püşkü atılacaq

Bakı vaxtı ilə saat 15:00-da Çempionlar Liqasının, bundan bir saat sonra Avroliqanın onlayn püşkatması keçiriləcək. Artıq komandalar səbətlərə bölünüb.

Çempionlar Liqası

Səpələnmişlər – “Bayern”, “Borussiya” Dortmund (hər ikisi Almaniya), “Mançester Siti”, “Liverpul”, “Çelsi” (hər üçü İngiltərə), “Yuventus” (İtaliya), PSJ (Fransa), “Real” (İspaniya)

Səpələnməmişlər – “Portu” (Portuqaliya), “Atalanta”, “Latsio” (hər ikisi İtaliya), “Sevilya”, “Barselona”, “Atletiko” (hər üçü İspaniya), “Laypsiq”, “Borusiya” Mönhenqladbax (hər ikisi Almaniya)

Avropa Liqası

Səpələnmişlər – “Ayaks”, PSV (hər ikisi Hollandiya), “Mançester Yunayted”, “Arsenal”, “Lester”, “Tottenhem” (hamısı İngiltərə), “Şaxtyor (Ukrayna), “Roma”, “Napoli”, “Milan” (hər üçü İtaliya), “Bayer” (Almaniya), “Reyncers” (Şotlandiya), “Vilyareal” (İspaniya), “Dinamo” (Xorvatiya), “Hoffenhaym” (Almaniya)

Səpələnməmişlər – “Dinamo” (Ukrayna), “Krasnodar” (Rusiya), “Olimpiakos (Yunanıstan), “Zalsburq”, “Volfsberq” (hər ikisi Avstriya), “Yanq Boyz” (İsveçrə), “Molde” (Norveç), “Slavya” (Çexiya), “Benfika”, “Braqa” (hər ikisi Portuqaliya), “Qranada”, “Real Sosyedad” (hər ikisi İspaniya), “Lill” (Fransa), “Makkabi” (Təl Əviv, İsrail), “Antverp” (Belçika), “Srvena Zvezda” (Serbiya)

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final matçları 16-17 və 23-24 fevralda baş tutacaq. Avroliqanın 1/16 final oyunları isə fevralın 18-i və 25-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir