İdman

“Ən-Nəsr” son anda qələbəni əldən verdi – VİDEO

Sharing is caring!




Səudiyyə Ərəbistanı Pro Liqasının 32-ci turunda artıq çempionluğunu rəsmiləşdirən “Əl-Hilal” “Ən-Nəsr”in qonağı olub.

Ər-Riyaddakı “Əl Avval Park” stadionunda keçirilən matçda hesab ilk dəqiqədə açılıb.

Ronaldunun ötürməsindən sonra Otavio ev sahiblərini irəli çıxarıb. Lakin 90+9-cu dəqiqədə Mitroviç penaltidən hesabı bərabərləşdirib – 1:1.

Səudiyyə Ərəbistanı çempionatının 32 turundan sonra “Ən-Nəsr” 78 xal toplayıb və ikinci pillədə qərarlaşıb. “Əl-Hilal” isə 90 xalla birinci yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir