İdman

“Beşiktaş” Memfis Depayla görüşmələrə başlayıb

Sharing is caring!




“Beşiktaş” klubu Memfis Depay ilə ilk görüşünü gerçəkləşdirib.

Məlumata görə, hazırda “Atletiko Madrid”in şərəfini qoruyan niderlandlı futbolçu mövsümün sonunda İspaniya klubundan ayrılacağı üçün özünə komanda axtarmağa başlayıb.

Bu mövsüm uğursuzluqları ilə diqqət mərkəzinə düşən “Beşiktaş” klubu yeni mövsümdə heyətini gücləndirmək üçün hücumçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Memfis Depay bütün oyunlarda ilk 11-də çıxış edəcəyi təqdirdə “Beşiktaş” klubu ilə razılığa gələcəyini bildirib.

Mənbə: Aspor.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir