İdman

Holandın dublu “Mançester Siti”ni liderliyə qaytardı – VİDEO

Sharing is caring!




İngiltərə Çempionatının 34-cü turunun təxirə salınmış “Tottenhem” – “Mançester Siti” matçının taleyini iki qol həll edib.

51-ci dəqiqədə De Brüynenin ötürməsindən sonra Holand fərqlənib. 90+1-ci dəqiqədə isə o, penaltidən fərqi artırıb – 0:2.

Londondan qələbə ilə qayıdan “şəhərlilər” xallarının sayını 88-ə çatdıraraq sona bir tur qalmış ən yaxın izləyicisi “Arsenal”ı 2 xal qabaqlayırlar. “Tottenhem” isə 63 xalla 5-cidir.

Mayın 19-da baş tutacaq son turda Qvardiolanın yetirmələri “Vest Hem”lə qarşılaşacaqlar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir