İdman

İtaliya A seriyası: “Milan” uğursuzluq seriyasını qıra bilmədi – VİDEO

Sharing is caring!




İtaliya A seriyasının 36-cı turunda “Milan” “Cenoa” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, sürətli hücumlarla başlayan görüşdə hesabı 5-ci dəqiqədə Mateo Retequi açıb. Məğlubiyyətlə barışmayan “Milan” hesaba tarazlıq gətirib. Alessandro Florenzi 45-ci dəqiqədə dəqiq oynayıb – 1:1. Fasilədən sonra qonaqlar yenidən hesabda irəli çıxıblar. Calib Ekuban 48-ci dəqiqədə Voqliassonun ötürməsini qolla tamamlayıb – 2:1. 72-ci dəqiqədə Matteo Qabia hesabı bərabərləşdirib -2:2. 75-ci dəqiqədə fransalı ulduz meydan sahiblərini hesabda irəli çıxarıb – 3-2. 87-ci dəqiqədə avtoqol müəllifi olan Malik Tiau komandasını 3 xaldan məhrum edib – 3:3.

Qeyd edək ki, “Milan” 71 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. “Cenoa” 43 xalla 11-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir