İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Sharing is caring!




Serbiyanın paytaxtı Belqradda davam edən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin üç üzvü növbəti mərhələyə adlayıb.

Oxu.Az Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yarışın 4-cü günündə Nəbi İsgəndərov (67 kq) 1/8 final çərçivəsində fransalı Huqo Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29, 29:28) hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. İsgəndərov 1/4 finalda ilk mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə gələcək.

Malik Həsənov (63,5 kq) da çıxışını qələbə ilə başa vurub. O, 1/8 finalda U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı Oyer İbarriçeni 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə döyüşəcək.

Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Makkiver Euqenlə (İrlandiya) münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə sayəsində mərhələ adlayıb. O, ikinci qarşılaşmasında Esgerxan Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir