İdman

Premyer Liqa: “Səbail” “Sabah”ı məğlub etdi – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Səbail” “Sabah”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0. 52-ci dəqiqədə Aleksandr Ramalinqom hesabı açıb. 90+2-ci dəqiqədə Samir Abdullayev matçda son nöqtəni qoyub.

Xallarının sayını 34-ə çatdıran “Səbail” hələlik 4-cü pilləyə yüksəlib. Qonaqlar isə 31 xalla 7-ci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Neftçi” səfərdə “Turan Tovuz”la heç-heçə edib – 1:1. XXIV turun “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” matçları fevralın 25-də olacaq. Ötən gün “Kəpəz” “Qəbələ”ni məğlub edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir