İdman

“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatında 250-ci oyununu keçirib

Sharing is caring!


“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatında 250-ci oyununu keçirib.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, onun yubiley matçı Premyer Liqanın XXI turunda baş tutub.

“Səbail”lə səfər qarşılaşmasında meydançaya çıxan 33 yaşlı müdafiəçi indiyə qədər 4 qola imza atıb. Azərbaycan millisinin üzvü Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. O, bütün qollarını Ağdam klubunun heyətində vurub.

Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan çempionatında 2011-12 mövsümündə debüt edib. O, 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) ilk dəfə “Sumqayıt”ın heyətində meydançaya çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir