İdman

Estoniyada futbol klubuna Qarabağın adı verildi

Sharing is caring!


Azərbaycanlı iş adamı Emin Munşiyevin yeni sahib olduğu Estoniyanın “Viimsi Smsraha” futzal klubunun adı dəyişdirilib. 

Artıq bundan sonra Tallini təmsil edən klub “Viimsi FC Karabakh” adlandırılacaq.

“Fast food” restoranları şəbəkəsinin sahibi olan Emin Munşiyev klubun prezidenti, onun şəriki Bəxtiyar Cəbrayılov isə vitse-prezident olub.

“Qarabağ” mini-futbol komandasının (klub Rusiya paytaxtı Moskvanı təmsil edir) sabiq rəhbəri Elnur Vəliyev isə “Viimsi FC Karabakh”ın idman direktoru təyin edilib.

Məlumat üçün əlavə edək ki, bundan əvvəl “Viimsi FC Karabakh” üç dəfə Estoniya çempionu olub və Çempionlar Liqasında çıxış edib. Bu mövsüm Tallin klubu çempionatda ikinci yerdə qərarlaşıb.

Mənbə: Azerisport

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir