İdman

16 rusiyalı atlet beynəlxalq yarışlardan kənarlaşdırılıb

Sharing is caring!


Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən, 16 rusiyalı ağırlıqqaldıranı müvəqqəti olaraq yarışlardan kənarlaşdırıb.

Məlumata görə, qara siyahıya ikiqat dünya çempionu Aleksandr İvanov da daxil edilib.

İdmançıların bir çoxunun artıq uzun müddətdir ölkəyə qarşı sanksiyalar səbəbindən yarışlarında iştirak etmədiyi bildirilib.

Yarışdan kənarlaşdırılanların siyahısına 2011-ci il dünya çempionatının gümüş mükafatçıları Aleksey Yufkin, 2013-cü il dünya çempionatının bürünc mükafatçısı Ramazan Rəsulov, 2009-cu il Avropa çempionatının bürünc medalçısı Dmitri İvanenko, gənclər və yeniyetmələr arasında dünya çempionatının medalçıları da daxildir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir