İdman

Azərbaycan Kuboku: Paytaxt klubları bölgə təmsilçilərini qəbul edəcək

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, ilk olaraq “Səbail” “Şamaxı”nı qəbul edəcək.

“ASCO Arena”da reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq.

Günün ikinci görüşündə “Zirə” “Turan Tovuz”u sınağa çəkəcək. Matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” 1/4 finala vəsiqə qazanıblar. Bu raundun “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir