İdman

Azərbaycan Kuboku: 32-ci mövsümdə 32-ci penaltilər seriyası olub

Sharing is caring!


Azərbaycan Kuboku tarixində 32-ci dəfə penaltilər seriyası olub.

Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, bu, sayca 32-ci mövsümün I təsnifat mərhələsində keçirilən “Qusar” – “Şahdağ Qusar” oyununda baş verib.

Qolsuz bitən görüşdə nominal qonaqlar 11 metrlik zərbələri daha dəqiq yerinə yetiriblər – 5:4. Bu “lotereya” Qusar derbisinin hər iki iştirakçısı üçün ilk belə seriya olub. Şəhərin eyniadlı təmsilçisi yarışın debütantıdırsa, “Şahdağ Qusar” indiyədək qatıldığı kubok matçlarında qalibi penaltilərlə müəyyənləşdirməyib.

Azərbaycan Kubokunda sonuncu belə seriya isə 2021/2022 mövsümünün finalında gerçəkləşib. 540 gün əvvəl – 2022-ci il mayın 27-də “Qarabağ” “Zirə”ni üstələyib – 4:3.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir