İdman

Serbiya klubunun nümayəndələri Xorvatiyada döyüldülər

Sharing is caring!


Serbiyanın “Srvena Zvezda” basketbol klubunun nümayəndə heyətinin üzvləri Adriatik Liqasında yerli “Zadar”la oyundan əvvəl Xorvatiyada hücuma məruz qalıblar.

Bu barədə Serbiya komandasının mətbuat xidməti məlumat yayıb.

“Şənbə günü axşam Zadarda baş verən iki ayrı insidentdə klubun direktorlar şurasının üzvü, onun dostu və Serbiya nümayəndə heyətinin tərkibində Barselonadan gələn iki mətbuat xidmətinin üzvü açıq-aşkar hücuma məruz qalıblar”, – məlumatda deyilir.

Klub zərərçəkənlərin ciddi xəsarət aldığını qeyd edir.

Komanda Xorvatiya polisi ilə əlaqə saxlayıb və qarşıdakı matçın azarkeşsiz keçirilməsini istəyib.

Xatırladaq ki, “Srvena Zvezda” ilə “Zadar” arasında görüş bazar günü Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir