İdman

“Formula-1”: Maks Ferstappen öz rekordunu yenilədi

Sharing is caring!


“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatında özünə məxsus olan rekordu yeniləyib.

Oxu.Az xəbər verir ki, Braziliya Qran-prisinin qalibi olan Ferstappen cari mövsümdə 17-ci qələbəsini qazanıb.

Keçən il vahid mövsümdə qazanılan qələbələrin sayını 15-ə çatdırmaqla rekorda imza atan niderlandlı sürücü bir həftə əvvəl Mexikoda bu göstəricini 16-ya çatdırıb. Dünən San Pauluda üçqat dünya çempionu karyerası ərzində isə 52-ci dəfə Qran-prinin qalibi olub. Bu göstəriciyə görə Alen Prostu qabaqlayan 26 yaşlı idmançı dördüncü pilləyə yüksəlib.

Ən çox qələbə qazanan ilk üç sürücü Lyuis Hemilton (103), Mixael Şumaxer (91) və Sebastyan Fetteldir (53).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir