İdman

Çelenc Kuboku: Azərbaycan təmsilçisinin Yunanıstan klubu ilə oyunlarının vaxtı bəlli olub

Sharing is caring!


Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandasının Çelenc Kubokunda növbəti oyunlarının vaxtı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, Yunanıstanın “Panatinaikos” klubu ilə 1/16 final mərhələsinin ilk oyunu noyabrın 21-də Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Noyabrın 29-da Yunanıstanda reallaşacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Xarı Bülbül” əvvəlki mərhələdə Slovakiyanın “TJ Spartak” komandasını mübarizədən kənarlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir