İdman

Minifutbol üzrə Azərbaycan millisinin üzvü: “Rəqibin adından çəkinmirik”

Sharing is caring!


“Rəqibin adından çəkinmirik”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyaya qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Oyunçu Portuqaliyanın futbol ölkəsi olduğunu bildirib:

“Bu, adlı-sanlı kollektivdir. Söhbət Portuqaliya yığmasından gedirsə, daha diqqqətli və ciddi olmalıyıq. Biz də yaxşı hazırlıq keçmişik, həm də Avropa çempionuyuq. Şanslar bərabərdir, amma qələbəyə inanırıq. Bunun üçün var gücümüzü ortaya qoyacağıq”.

Əlizadə qrup mərhələsinin favoriti olduqlarını vurğulayıb: “Lider kimi növbəti mərhələyə vəsiqə qazanacağımıza da inanırdıq. Bunu da bacardıq”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Milli qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir