İdman

Fransa prezidentliyinə namizəd Benzemanı müsəlman olduğu üçün terrorda ittiham edib

Sharing is caring!


Millətçi “Rekonqista” partiyasının lideri Erik Zemmur bildirib ki, “Qızıl top”un sahibi Kərim Benzema Fransa millisində “təsadüfən, sırf pul və idman nəticələri üçün” oynayıb, lakin o bir futbolçu kimi özünü fransız hesab etmir.

“O, şəriət qanunlarına riayət etmək istəyən müsəlmandır. Şəriət cihadı təbliğ edir və cihad isə Dominik Bernard və Samuel Patinin öldürülməsi deməkdir. Benzemanın fikirləri ilə fransız müəlliminin qatili arasında əlaqə görürəmmi? Mən əlbəttə ki, birbaşa əlaqə görürəm. Bütün bu insanlar şəriətin ilahi yol olduğunu, onun Tanrı tərəfindən nazil edildiyini və Qurandakı surələrdə kafirlərə qarşı müqəddəs müharibə olan cihadın əmr edildiyini düşünürlər. Kafirlər isə sən və mənik”, – deyə Zemmur əlavə edib.

Xatırladaq ki, bundan əvvəl fransalı deputat futbolçunun Fələstinə verdiyi dəstəyə görə Benzemanı Fransa vətəndaşlığından və “Qızıl top”dan məhrum etməyi təklif etmişdi.

Mənbə: bombardir.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir