İdman

Tarixdə təkrarlanmayan rekord: Qalib ölkənin güləşçiləri – VİDEO

Sharing is caring!


Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibləri Rafiq Hüseynov (82 kq) və Eldəniz Əzizli (55 kq) Baku TV-nin suallarını cavablandırıblar.

Karyerasında üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli Azərbaycan yunan-Roma güləşi tarixində təkrarlanmayacaq bir tarix yazdıqlarını qeyd edib:

“Sözün açığı, bizim özümüzün də bu tarixi təkrarlamağımız sual altındadır. Çünki ilk dəfə idi ki, bir dünya çümpionatında 5 yunan-Roma güləşçimiz finala yüksəldi. Eyni gündə iki güləşçimiz dünya çempionu oldu”.

Antiterror tədbirlərindən danışan dünya çempionumuz Rafiq Hüseynov artıq yarışlara qalib ölkənin idmançıları olaraq getdiklərini bildirib:

“Bir zamanlar biz yarışlara savaşda məğlub olan kimi, başıaşağı gedirdik. İndi isə 24 saatda düşməni darmadağın edə biləcək Ordumuz olduğunu sübut edirik və başıuca gedirik. Bu, istənilən idman nəticəsindən daha böyük uğurdur”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir