İdman

“Sabah” bu gün FIBA Avropa Kubokunda ikinci oyununu keçirəcək

Sharing is caring!


“Sabah” basketbol komandası bu gün FIBA Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ikinci sınağını yerli “Rabotniçki” ilə qarşılaşacaq.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xatırladaq ki, Boban Mitevin yetirmələri ötən gün Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub ediblər. “Rabotniçki” isə Rumıniya “Rapid”inə yenilib – 57:87.

Qeyd edək ki, “Sabah” üçüncü matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” (Buxarest) klubuna qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir