İdman

Dünya çempionatı: Azərbaycan cüdoçuları ikinci gündə 1 qızıl, 2 gümüş medal əldə ediblər – YENİLƏNİB

Sharing is caring!


Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan idmançı finalda polşalı Şimon Şuliklə üz-üzə gəlib.

Rəqibinə uduzan Yusubov ikinci yerlə kifayətlənib.

Daha əvvəl Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Musayev (60 kq) gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan cüdoçuları ikinci günü üç medalla bitiriblər.

Qeyd edək ki, ilk yarış günündə bir dəst medal əldə olunmuşdu. 50 kq-da Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələnib. Turnir avqustun 27-də başa çatacaq.

19:23

Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda fransalı Alisia Pulanja qalib gəlib.

Daha əvvəl Məhəmməd Musayev (60 kq) gümüş medalla kifayətlənib.

Bu gün, həmçinin, 66 kq-da Əbil Yusubov da final görüşünə çıxacaq.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

18:56

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı finalda İsrail təmsilçisi İzak Aşpizə uduzub.

Bu gün, həmçinin, 66 kq-da Əbil Yusubov və 52 kq-da Xədicə Qədəşova da final görüşünə çıxacaqlar.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

17:06

Azərbaycanın yeniyetmə qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda Almaniya təmsilçisi Maya Toszegidən güclü olub. O, həlledici görüşdə fransalı Alissiya Poulange ilə üz-üzə gələcək.

Daha əvvəl oğlan cüdoçulardan Məhəmməd Musayev (60 kiloqram), Əbil Yusubov (66 kiloqram) qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar. Musayev israilli İzak Aşpizlə, Yusubov isə polşalı Şimon Şuliklə güləşəcək.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kiloqram çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medala yiyələniblər.

16:21

Azərbaycanın iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev 1/4 finalda rumıniyalı Tudor Mosoidən, yarımfinalda litvalı Simas Polikeviçyusdan güclü olub.

66 kiloqramda Əbil Yusubov yarımfinalda gürcüstanlı Giorgi Givişvilini məğlubiyyətə uğradaraq, həlledici görüşə vəsiqə qazanıb.

Qız cüdoçumuz Xədicə Qədəşova isə yarımfinala yüksəlib. 52 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda serbiyalı Mina Qaciçi, 1/8 finalda ispaniyalı Maria Monteneqronu, 1/4 finalda isə braziliyalı Rafaela Rodrigesi üstələyib.

15:21

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, 66 kiloqramda yarışan idmançı 1/16 finalda Mişiqtoqo Tsedendambanı (Monqolustan), 1/8 finalda ukraynalı Danilo Fedoriki məğlub edərək 1/4 finala yüksəlib. Burada o, özbəkistanlı İnoyat Telmanova qalib gəlib.

60 kiloqram çəki dərəcəsində yarışan Məhəmməd Musayev isə 1/4 finalda yarışacaq. O, 1/16 finalda Belçikanı təmsil edən Amsar Camaldinovdan, növbəti raundda fransalı Yohan Qbinqbehidən güclü olub.

66 kiloqramda yer alan digər cüdoçu Cəsur İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya, qız cüdoçulardan 48 kiloqramdakı Vüsalə Hacıyeva isə eyni raundda özbəkistanlı Zarina Camalovaya yenilib.

11:04

Bu gün Azərbaycanın daha beş yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, oğlanların yarışında 60 kiloqram çəki dərəcəsində Məhəmməd Musayev, 66 kiloqramda isə Əbil Yusubov və Cəsur İbadlı qüvvələrini sınayacaqlar.

Qızlarda isə 48 kiloqramda Vüsalə Hacıyeva ilə 52 kiloqramda Xədicə Qədəşova tatamiyə çıxacaqlar.

Məhəmməd Musayev ilk görüşündə Amsar Camaldinov (Belçika) – Rozqa Rozqa (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Əbil Yusubov mübarizəyə başlamaq üçün Mişiqtoqo Tsedendamba (Monqolustan) – Razmik Qaltsyan (Ermənistan) cütünün qalibinin müəyyənləşməsini gözləyəcək.

Cəsur İbadlı paraqvaylı Aqustin Ledesma ilə üz-üzə gələcək.

Vüsalə Hacıyeva Malek Otmeni (Tunis) – Klaudia Pla Belmonte (İspaniya) cütünün qalibi ilə mübarizə aparacaq.

Xədicə Qədəşova isə serbiyalı Mina Qaciçdən güclü olmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kiloqram çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medala yiyələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir