İdman

Nicat Abbasov namizədlər turnirində çıxış edəcək

Sharing is caring!


Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən Dünya Kubokunda yarımfinala yüksəlməklə yanaşı, şahmat üzrə dünya çempionu adına namizədlər turnirində də iştirakını təmin edib.

Oxu.Az-ın məlumatına görə, namizədlər turnirində iştirak hüququ yalnız Dünya Kubokunun üç mükafatçısına verilir.

Amma əgər qaliblərdən hər hansı biri turnirdə iştirak etməkdən imtina edərsə, növbəti yeri tutan şəxs oynamaq hüququ qazanır.

Xatırladaq ki, yarımfinalda azərbaycanlı şahmatçı ilə qarşılaşacaq Maqnus Karlsen artıq dünya çempionatındakı çıxışının nəticəsindən asılı olmayaraq, Namizədlər turnirində iştirak etməyəcəyini bildirib.

Bu isə o deməkdir ki, N.Abbasov yarımfinal mərhələsində, daha sonra isə hətta üçüncü yer uğrunda mübarizədə uduzsa və mundialda dördüncü yeri tutsa belə, yenə də namizədlər turnirində çıxış edəcək.

Beləliklə, Nicat tarixdə şahmat tacı uğrunda mübarizə aparacaq üçüncü azərbaycanlı qrossmeyster olacaq.

Əvvəllər Azərbaycan şahmatçıları arasında bunu yalnız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bacarıb.

Həmçinin onu da qeyd edək ki, Nicat Abbasov Teymur Rəcəbovdan sonra şahmat üzrə Dünya Kubokunda yarımfinala yüksələn ikinci azərbaycanlı şahmatçı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir