İdman

Milli komanda və “Neftçi”nin İspaniyadakı rəqibləri məlum oldu

Sharing is caring!


Avqustun 18-19-da İspaniyanın Melilya şəhərində 12 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Melilya mərhələsində iştirak edəcək Azərbaycan qadın millisi C qrupunda İspaniya yığması və “Yuanda” (Çin) klubu ilə qarşılaşacaq. “Neftçi” isə B qrupunda “Düsseldorf Zoos” (Almaniya) klubu və Portuqaliya millisi ilə mübarizə aparacaq.

Qadın millimizin qrupdakı ilk oyununu avqustun 18-də Bakı vaxtı ilə saat 20:20-də İspaniya millisinə qarşı, “Neftçi” klubu isə qrupda ilk görüşünü həmin gün Bakı vaxtı ilə saat 19:55-də Portuqaliya seçməsinə qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir