İdman

Kipr klubunun baş məşqçisi “Qarabağ”a rəqib olmaq istəmir

Sharing is caring!


Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşmaq istəmir.

II raundda Belarus təmsilçisi BATE-ni hər iki oyunda (6:2, 5:3) məğlub edən limassollular növbəti mərhələdə “Qarabağ” – “Rakuv” (Polşa) cütünün qalibi ilə qarşılaşacaqlar. Belaruslu mütəxəssis bir müddət əvvəl Çenstoxova təmsilçisindən təklif aldığını etiraf edib və növbəti mərhələdə onlarla qaşrılaşmaq istədiyini söyləyib:

“Növbəti mərhələdə “Rakuv”la qarşılaşmağı üstün tuturam. Bnir müddət əvvəl ora keçməyə yaxın idim. Ancaq son anda “Aris”də qalmağı seçdim. “Rakuv” da, “Qarabağ” da çətin komandalardır. Bu, çox yaxşı cütlükdür”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” cavab görüşü saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk matçda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Mənbə: sport-fm.com.cy

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir