İdman

Konfrans Liqası: “Fənərbağça” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

Sharing is caring!


Türkiyənin “Fənərbağça” klubu UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi buna II təsnifat mərhələsinin cavab matçında Moldovada “Zimbru”nu darmadağın edərək nail olub.

Öz meydanında 5:0 qalib gələn Türkiyə klubu səfərdə 4:0 üstün olub. Qolları 48-ci dəqiqədə Duşan Tadiç, 57 və 59-cu dəqiqələrdə Mişi Batşuayi, 77-ci dəqiqədə isə İsmail Yüksek vurub.

III təsnifat mərhələsinə adlayan İstanbul klubu bu raundda “Maribor” (Sloveniya) / “Differdanj” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir