İdman

Premyer Liqaya yüksələn klub üçüncü legioner transferini reallaşdırdı – FOTO

Sharing is caring!


Növbəti mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında yarışacaq “Araz Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Muxtar Respublika təmsilçisinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, bir müddət baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı Semir Bukviçlə müqavilə imzalanıb. O, növbəti mövsüm komandanın qapısını qoruyacaq.

1,88 m boya malik 32 yaşlı qapıçının sonuncu klubu vətənində “Sloboda Tuzla” olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb. O, sözügedən ölkədə Poznan “Varta”sında oynayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Miquel və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir