İdman

Adrian Mutu “Neftçi”də ilk transferini gerçəkləşdirib

Sharing is caring!


“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu ilk transferini gerçəkləşdirib.

“Prosport.ro” saytının məlumatına görə, paytaxt klubu rumıniyalı mütəxəssisin istəyilə ÇFR-dən Yuri Matiası heyətinə qatıb.

İddiaya görə, “ağ-qaralar” bu keçid üçün qarşı tərəfə 400 000 avro təzminat ödəyib.

Rumıniya klubunun prezidenti Nelu Varqa da 28 yaşlı müdafiəçini satdıqlarını təsdiqləyib. Amma o, təcrübəli oyunçunun hansı komandaya keçdiyini açıqlamayıb.

Qeyd edək ki, “Neftçi” Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir