İdman

Beynəlxalq Qran Pridə uğurla çıxış etmiş Azərbaycanın gimnastları Vətənə qayıdıblar

Sharing is caring!


Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran-pridə uğurla çıxış etmiş Azərbaycanın bədii gimnastları Vətənə qayıdıblar.

“Report”un məlumatına görə, Zöhrə Ağamirova, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıblar.

Qeyd edək ki, Zöhrə Ağamirova Qran-pridə 1 qızıl, 3 gümüş medala sahib çıxıb. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın digər üzvləri isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc mükafata yiyələniblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir