İdman

“Traktor” azarkeşlərindən molla rejiminə etiraz – FOTO/VİDEO

Sharing is caring!


İranın milli futbol çempionatının 25-ci turunda Təbrizin “Traktor” klubu İsfahanın “Sepahan” kollektivilə qarşılaşıb.

Tribunalara toplaşan təbrizli azarkeşlər Azərbaycanı dəstəkləyərək molla rejiminə qarşı etiraz şüarları səsləndiriblər.

Fanatlar hökumətdən Azərbaycan dilində təhsil hüququnun təmin olunmasını tələb ediblər.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Matçın nəticəsinə gəlincə, oyun Təbriz klubunun minimal üstünlüyü ilə başa çatıb – 1:0. 

Hazırda “Traktor” 25 turdan sonra 42 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir