İdman

Yunanıstandan azərbaycanlı FIFA referisinə dəvət: Yarımfinal oyununu idarə edəcək

Sharing is caring!

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Kubokunun oyununa təyinat alıb.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində martın 1-də keçiriləcək “Olimpiakos” – AEK oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Ağayev əvvəllər də bir neçə dəfə Yunanıstandan dəvət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir