Hadisə

XIRDALANDA BAĞÇA MÜDİRƏSİ SAHİBKARIN PULUNU NİYƏ VERMİR?!

Sharing is caring!

“SəhərMedia” xəbər portalına müraciət edən Bəhruz Şərifzadə adlı şəxsin iddiasına görə 02.12.2023-cü il tarixində əvvəllər “ƏSMANUR” adlı uşaq bağçasında işləmiş Ülkər Əzizova adlı şəxsə “Sədərək” ticarət mərkəzində çalışdırdığı mağazadan 4200 manat dəyərində məişət avadanlıqları vermişdir. Daha sonra isə Ülkər xanım yaranan münasibətdən istifadə edərək, övladının qəzaya düşməsini əsas gətirib 2000 manat əl borcu da götürmüşdür.

Hazırda Ülkər xanım məsələnin üzərindən 10 ay keçməsinə baxmayaraq, borclu olduğu məbləği ödəməkdən imtina edir. Qeyd edək ki, şikayətçi Bəhruz bəy Ülkər xanımın aldığı avadanlıqları “ƏSMANUR” uşaq bağçası üçün aldığını qeyd edib. Sonradan aldığımız məlumata görə Ülkər xanımın “ƏSMANUR” uşaq bağçasından məhz bu cür addımlarına görə işdən çıxarılıb. O bağçadan məbləği alsada pulu Bəhruz bəyə ödəməmiş, öz ehtiyacları üçün xərcləmişdir.

Araşdırmalarımıza görə Ülkər xanım hazırda Abşeron rayonu ərazisində dəyəri 22000 manat olan obyekti alaraq oranı öz şəxsi tədris mərkəzi kimi istifadəyə verib. Belə sual ortaya çıxır ki, əgər Ülkər xanım yer almağa 22000 manat tapırsa, demək borcu ödəyə bilər. Lakin, borclu qalmağı xoşlayır.

Şikayətçi Şərifzadə Bəhruz onu da qeyd edir ki, 2 gün öncə ona borclu olan Ülkər Əzizovaya zəng edərək, pulunu geri istəyəndə o həyat yoldaşından bu yaxınlarda boşanacağını, əmlak bölgüsünün aparılacağını demiş, daha sonra isə qonşu Türkiyə dövlətinə dövlət xətti ilə gedəcəyini və yalnız geri dönənədə ödəniş edəcəyini bildirib. Hansı ki, Bəhruz bəy Ülkər xanıma nisyə malı verərkən, aralarında belə bir şərt olmayıb.

Bəhruz bəyin iddiasına görə sözügedən məsələ ilə bağlı Ülkər xanımın hazırda nigahda olduğu həyat yoldaşına zəng edib, şəxs isə öz növbəsində qeyd edib ki, Ülkər xanımla bağlı heç bir məsələdə məsuliyyət daşımır. Əlavə olaraq qeyd edib ki, bu onun birinci dələduzluğu deyil.

“SəhərMedia” xəbər portalı olaraq Ülkər xanımla əlaqə yaratmağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.

Qarşı tərəf kimi Ülkər xanımın da mövqeyini dərc etməyə hazırıq!

Mənbə: “SəhərMedia”

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir