Hadisə

Şəkidə ər və arvad dəm qazından zəhərlənib öldü

Şəkidə ərlə arvadın meyiti yaşadıqları evdən tapılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, 1937-ci il təvəllüdlü Baharəddin Zalov və arvadı, 1955-ci il təvəllüdlü Elmira Zalovanın cəsədi dekabrın 3-ü günorta saatlarında yaşadıqları evin otağından aşkar edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və hər iki meyitə baxış keçirilib. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Araşdırma zamanı müəyyən edilib ki, onları meyiti saat 12 radələrində E.Zalovanın bacısı oğlu Vüqar Məmmədov tərəfindən qonaq otağında tapılıb. İlkin məlumata görə, ərlə arvad dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır