Hadisə

Həyat yoldaşı da bir il öncə COVID-dən ölüb, özü bilmirmiş…

Bu gün Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin həyat yoldaşı da bir il öncə COVID-19 virusundan vəfat edibmiş.

Xəbəral.az“- in əldə etdiyi məlumata görə, N. Quliyev saxlanıldığı Gəncə İstintaq Təcridxanasında bir neçə gün öncə halı pisləşib və koronavirus əlamətləri özünü göstərib.

Dünən N. Quliyevin vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Orada saturasiyası çox aşağı olub, bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Məlumata görə, N. Quliyevin həyat yoldaşı da təxminən bir il əvvəl koronavirusdan vəfat edib. Lakin onun ölüm xəbəri Nizaməddin Quliyevdən gizlədilib. N.Quliyevin ölüm gününə kimi arvadının vəfatından xəbəri olmayıb.//Qafqazinfo.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir