Hərbi

Qarabağ Müharibəsi– Erməni vəhşiliyi və insan hüquqları ihlalları

Sharing is caring!

İkinci Qarabağ Müharibəsi dövründə erməni qüvvələrinin həyata keçirdiyi vəhşiliklər, bölgədəki münaqişənin nə qədər sərt və qanlı olduğunu göstərirdi. 2020-ci ilin payızında baş verən bu müharibə, bir çox mülki şəxsin həyatını itirməsinə və böyük miqdarda mülki infrastrukturun məhv olmasına səbəb oldu.

Erməni qüvvələri tərəfindən həyata keçirilən hücumlar yalnız hərbi hədəfləri deyil, həm də mülki obyektləri və yaşayış məntəqələrini hədəf aldı. Bu hücumlar nəticəsində məktəblər, xəstəxanalar və digər əsas xidmət obyektləri dağıldı, bu da mülki əhalinin gündəlik həyatını çətinləşdirdi. Ən çox zərər çəkənlər arasında yaşlılar, uşaqlar və qadınlar vardı ki, onların həyatı müharibənin sərt şərtləri altında daha da çətinləşdi.

Müharibənin ən ağır nəticələrindən biri də mülki əhalinin böyük itkiləri oldu. Qeyri- rəsmi məlumatlara görə, müharibə zamanı 200-dən çox mülki şəxs həyatını itirdi. Həlak olanların arasında uşaqlar, qadınlar və yaşlılar xüsusi olaraq diqqət çəkir, bu da müharibənin ən amansız nəticələrindən biridir.

Erməni qüvvələrinin tətbiq etdiyi qeyri-qanuni taktikalardan biri də şəhərləri və kəndləri raket və artilleriya atəşləri ilə hədəf alaraq mülki əhalinin ağır ziyan görməsinə səbəb oldu. Bu cür hücumlar, insan hüquqları sahəsində beynəlxalq standartların ciddi şəkildə pozulması demək idi. Eyni zamanda, müharibə zamanı işgəncələr, zorakılıq və insan hüquqlarının digər pozuntuları da qeydə alındı.

Bir çox mülki şəxs, hücumların nəticəsində evsiz qaldı və ağır psixoloji travmalar yaşadı. Yerindən edilmiş insanların vəziyyəti daha da pisləşdi, onların sığınacaq, ərzaq və tibbi yardım kimi əsas ehtiyacları dövlətimiz tərəfindən qarşılansa da, ümumi humanitar böhranın dərinləşməsinə səbəb oldu.

Rəsmi məlumatlara görə “44 Günlük Müharibə” zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmışdır. Ümumilikdə 13360 yaşayış və qeyri yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

Beynəlxalq ictimaiyyət, bu vəhşiliklərin araşdırılması və məsuliyyətlərin müəyyənləşdirilməsi üçün mütəmadi çağırışlar etmişdir. Bu hadisələr, müharibə dövründə insanların necə zərər çəkdiyini və münaqişənin humanitar fəsadlarını bir daha gündəmə gətirdi. Müharibə zamanı yaşananların bu günə qədər işıqlandırılması, gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün əhəmiyyətli bir addım olaraq qalır.

Müəllif: Taclı Bəyim

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir