Gündəm manset

İdarə rəisi vəzifəsindən azad olundu

Sharing is caring!

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub. 

XəbərAl.az xəbər verir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev vəzifəsindən azad olunub.

Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, Mübariz Vəliyev digər vəzifəyə təyin olunması ilə əlaqədar əvvəlki vəzifəsindən azad edilib:

“Hazırda idarənin rəisi vəzifəsi müvəqqəti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırova həvalə olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir