Gündəm Siyasət

Fəzail Ağamalı növbəti dəfə seçiciləri ilə görüş keçirdi -FOTOLAR+VİDEO

Deputatlığa namizəd Fəzail Ağamalı  60 saylı  Salyan-Neftçala Seçki Dairəsinin Yolüstü,Yeni Uluxanlı, Düzənlik kəndlərinin  seçiciləri ilə görüş keçirdi.
Xeberal.az xəbər verir ki, görüş Fəzail Ağamalının  ərazi bütövlüyümüz uğrunda  erməni işğalçılarına  qarşı gedən döyüşlərdə şəhid olan Milli Qəhrəman Nazim Babayevin anası Laçın Babayevanı ziyarəti ilə  basladı.
Daha sonra kənd sakinləri ilə görüşdə Fəzail Ağamalı  ölkə Prezidenti cənab İlham Əliyevin  daxili və xarici siyasətinin,həyata keçirilməkdə olan və geniş miqyas daşıyan islahatlarının uğurlu nəticələri və ötən 4 ildə deputatlıq fəaliyyəti haqqında seçicilərə ətraflı məlumat verdi.
Çıxış edən  Fəzail Ağamalının vəkilləri və seçicilər cənab prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdilər  və   Fəzail Ağamalının üstün siyasi  keyfiyyətləri ,onun peşəkarlığı və dövlətçiliyimizə göstərdiyi  xidmətlər üzərində ətraflı  dayandılar.
Seçicilər birmənalı  olaraq qarşıdan gələn parlament seckilərində Fəzail Ağamalıya səs verəcəklərini bir daha  bəyan etdilər.